Rus dili kursu yeni başlayanlar, dil bacarıqlarını inkişaf etdirmək istəyənlər, eləcə də karyerasını irəlilətmək arzusunda olanlar üçün nəzərdə tutulmuşdur.
Proqram haqqında:
Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən rus dili kursu müxtəlif yaş qruplarından olan şəxslərin dil bacarıqlarını inkişaf etdirmələri üçün nəzərdə tutulub. Dərslər təcrübəli müəllimlər tərəfindən xüsusi şəraitli dərs otağında təşkil olunur. Dərslərimizə qoşulmaqla rus dili haqqında üfüqünüzü genişləndirə biləcəksiniz.
Əsas xüsusiyyətlər:
- Sınaqdan keçmiş kurs proqramı
- Peşəkar müəllimlər
- Yüksək şəraitə sahib dərs otaqları