Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası, Bakıxanov bələdiyyəsi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilmişdir.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələri, xidmət səhələri o cümlədən YAP Sabunçu Rayon Təşkilatının üzvləri olmaqla ümumilikdə 500-ə yaxın insan könüllü iştirak etmişdir.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.





















