
Xalq yazıçısı Çingiz Abdullayev Bakı Gənclər Mərkəzinin “Fəxri qonaq” layihəsinin qonağı olub.
Mərkəzin direktoru Nərgiz Babayeva tədbir iştirakçılarını salamlayaraq Çingiz Abdullayevin yaradıcılığı barədə məlumat verib. O, yazıçının həm ədəbi, həm də ictimai fəaliyyətinin gənclər tərəfindən sevildiyini vurğulayıb.