Bu gün Bakı Gənclər Mərkəzi və Kiber Təhlükəsizlik Platformasının birgə təşkilatçılığı ilə Teknofest Genel Sekreteri T3 Vakfı Genel Müdürü hörmətli Ömer Kökçam Bilim Bakı Kordinatoru Yusuf Polat Bakı Gənclər Mərkəzini ziyarət edərək gənclərimizlə görüşüblər.
Görüş zamanı qonaqlar Bakıda keçirilən Teknofest müsabiqəsindən, qət etdikləri yoldan eləcə də bu günədək keçirilən bütün Teknofest proqramı barədə məlumat verdilər. Bakıda həyata keçən Teknofestdən məmnunluq duyduğunu bildirən Ömər bəy gələcəkdə birgə yeni layihələr həyata keçirilməsi barədə fikirlərini bölüşdü.
Maraqlı və xoş keçən tədbirin sonunda xatirə şəkli çəkildi.












