Təlimçimiz həkim Səadət xanım, ilkin tibbi yardımın önəmindən danışıb. Daha sonra xəsarət anında, zədələnərək hər hansı sınıqlar, çıxıqlar və ya böyük travma yaranarsa nə etmək lazım olduğu haqda danışıb. Təlim müddətində həmçinin günvurma, hər hansı ilan, həşərat və ya əqrəb sancması kimi xoşagəlməz hallar yaranarsa bu kimi hallarda qorxusuz, panikasız ilkin tibbi yardımın necə göstəriləcəyi barədə nəzəri və praktiki olaraq göstərilmiş nümunələrlə gənclərimiz faydalı məlumatlar əldə etmişlər.
Master klassın əsas məqsədi ilkin tibbi yardım haqqında ilkin biliklərin formalaşdırılması, o cümlədən personalın ilkin tibbi yardım göstərməyə hazırlıq səviyyəsinin artırılmasıdır
























