Mirlazım Dadaşovun təqdimatında keçirilən “Liderlik və komanda işi” adlı təlimdə gənclərimiz, “Liderliyin 3 əsas prinsipi hansıdır? “, “Liderlərin üzləşə biləcəyi problemlər və həlli yolları hansılardır? “, “Effektiv kommunikasiyalar necə qurulur?”, “Liderlikdə münasibət bacarıqları, münasibətlərdə effektiv tərəf olmağın yolları hansılardır?” kimi mükəmməl mövzularda həm öyrəndilər, həm də komanda oyunları oynayaraq əyləndilər
Proqramın məqsədi gənclərin auditoriya qarşısında komplekslərdən azad olaraq səlis bir nitqə sahib olmaları, karyeralarında mühim addımlar atmaqları, həmçinin bu istiqamətdə natiq kimi formalaşmalarıdır












