“Uşaqlar bizim dünyamızdır!” layihəsi keçirilib

Bakı Gənclər Mərkəzinin və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Sabunçu rayonu məktəblilərinin iştirakı ilə “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar-bizim dünyamızdır” layihəsi həyata keçirilib.
Giriş sözü ilə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik edib.
Daha sonra Sabunçu rayonu üzrə 26 məktəbin şagirdləri və Bakı Gənclər Mərkəzi üzvləri- ümumilikdə 39 uşaq  36 müxtəlif ölkənin milli mədəniyyətini nümayiş edərək, həmin dildə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bütün dünya uşaqlarını təbrik ediblər. Onlayn tədbirin sonunda uşaqlar tərəfindən “We are the world” adlı mahnı ifa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir