“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan könüllülərinin təqdimatında Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi gününə həsr olunmuş konsert proqramı baş tutub.
Konsertdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, Azərbaycan Könüllü Təşkilatları İttifaqı katibliyi və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva iştirak edib.
Könüllülərin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər səhnələşdirilib.
Sonda könüllülərə rəsmilər tərəfindən təşəkkürnamə təqdim edilib.💫