“Virtual İnkişaf” layihəsi:“Zamanın effektiv idarə edilməsi” mövzusunda təlim

Əziz gənclər, 2021-ci ilin ilk təlimi baş tutdu!

“Virtual İnkişaf” layihəsi çərçivəsində 02 yanvar 2021-ci il tarixində saat 15:00-da “Zamanın effektiv idarə edilməsi” mövzusunda çıxış edən növbəti qonağımız peşəkar təlimçi, “Uğura gedən yol” kitabının müəllifi Vahid Məsimov oldu.

100 nəfər gəncin iştirak etdiyi təlimdə gənclər Time managment ilə bağlı bir sıra metodlarla tanış oldular və müzakirələr apardılar. Təlimin sonunda gənclər Bakı Gənclər Mərkəzinin sertifikatı ilə təmin edildilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir