BİZ KİMİK?

BAKI GƏNCLƏR MƏRKƏZİ

Bakı Gənclər Mərkəzi Sosial Xidmət Müəssisəsi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılmasını nəzərdə tutur.

Bizim məqsədimiz: maarifləndirici fəaliyyətlər əsasında gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə  insan kapitalının inkişafına töhfə verməkdir.

Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir.

Mərkəzin fəaliyyəti gənclər üçün vacib olan 2 əsas istiqamət – gənclərin məşğulluğu və əlaqələrin qurulması istiqamətlərini əhatə edir.

Biz BGM olaraq: gənclər üçün karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirak, təcrübə proqramları, TT təlimləri, təlim və görüşlər, layihələr məktəbi, təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirilməsini planlaşdırırıq.

Bakı Gənclər Mərkəzinin zəngin maddi-texniki bazası gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə hesablanmışdır.

Subscribe to our YouTube Channel

Bizim fəaliyyət istiqamətlərimiz:

KARYERA İNKİŞAFI

Gənclərin karyera inkişafını yönləndirmək üçün təlim, seminar və sərgilərin keçirilməsi

İNKİŞAF PROQRAMLARI

Gənclərin peşəkar bacarıqlarını formalaşdırmaq üçün silsilə layihə və proqramların təşkili, vətəndaş cəmiyyətinin inkişafında gənclərin fəal iştirakının təmin edilməsi;

İXTİSASARTIRMA MƏRKƏZİ

Gənclərin sahib olduğu ixtisas biliklərini möhkəmləndirmək üçün təcrübə və ixtisasartırma təlimlərinin keçirilməsi

ELM PLATFORMASI

Gənclərin elmə olan marağını artırmaq üçün elmi-kütləvi seminar və tədbirlərin təşkili

PEŞƏKAR KURSLAR

Gənclərin şəxsi və peşəkar inkişafını təmin etmək üçün uyğun büdcəli kursların keçirilməsi

SOSİAL AKTİVLİKLƏR

Gənclərin asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsi, yaradıcı gənclərin üzə çıxarılması, seçkili orqanlarla bağlı maarifləndirmə işinin təşkili;

BEYNƏLXALQ PLATFORMA

Fəaliyyət zamanı beynəlxalq təcrübədən yararlanmaq, gənclərin beynəlxalq səviyyədə təmsilçiliyinə şəraitin yaradılması və beynəlxalq tərəfdaşlıq layihələrinin hazırlanması

Sertifikasiya sistemləri

Güclü beynəlxalq əlaqələrin formalaşdırılması və tanınan sertifikasiya sistemləri ilə əlaqələrin yaradıması

“MərkəzdəSən” üzvlük proqramı

Üzvlük proqramına qoşulan gənclərin iştirakı ilə karyera və təcrübə mərkəzi, eləcə də inkişaf məktəblərinin formalaşdırılması.
BAKI GƏNCLƏR MƏRKƏZİ- sizin yeni eviniz!

BAKI GƏNCLƏR MƏRKƏZİ- sizin yeni eviniz!