Xalq yazıçısı Çingiz Abdullayev Bakı Gənclər Mərkəzinin “Fəxri qonaq” layihəsinin qonağı olub.

Mərkəzin direktoru Nərgiz Babayeva tədbir iştirakçılarını salamlayaraq Çingiz Abdullayevin yaradıcılığı barədə məlumat verib. O, yazıçının həm ədəbi, həm də ictimai fəaliyyətinin gənclər tərəfindən sevildiyini vurğulayıb.


200-ə yaxın gəncin qatıldığı tədbirdə xalq yazıçısı Çingiz Abdullayev həyat yaradıcılığı, ərsəyə gətirdiyi kitablardan və gənclərə verdiyi tövsiyələrdən bəhs edib. Gənclər tərəfindən böyük rəğbətlə qarşılanan yazıçı, ona ünvanlayan sualları cavablandırıb.


Tədbirin sonunda Bakı Gənclər Mərkəzinin istedadlı rəssamı Dilbər Abdullyayeva dünya şöhrətli yazara rəsm portreti hədiyə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir