Bakı Gənclər Mərkəzi və Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1 saylı Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzinin birgə təşkilatçılığı ilə 10 sentyabr 2021-ci il tarixində saat 16:00-20:00 arası sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət “Xarı bülbül” dekorativ sənət sərgisi və xeyriyyə yarmarkası keçiriləcəkdir.
Əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisində iştirak edərək, birliyinizi və dəstəyinizi göstərə bilərsiniz.
Ünvan: Bakı Gənclər Mərkəzi, Heydər Əliyev adına park. Muxtar Fətəliyev küç., 40/89
Əlaqə tel: +994 99304 4594