“Xocalı faciəsi”nin 28-ci il dönümünə həsr olunmuş anım tədbiri həyata keçirilib.

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin, Sabunçu rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının iştirakı ilə “Xocalı faciəsi”nin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Giriş sözü  ilə çıxış edən Azərbaycan televiziya  aparıcısı Mehman Piriyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dövründə faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımdır.

Sonra Sabunçu rayonunun İcra başçısının müavini Rəna Fərəcovaya söz verilmişdir. Daha sonra Xocalıda soyqırım zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Gənclər Mərkəzinin könüllülərinin Xocalı soyqirimı ilə bağlı hazırladıqları video-rolik nümayiş edildi və Qarabağ müharibəsini əks etdirən şeirlər səsləndirilib.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının “Vətən” adlı kompozisiyası nümayiş edilib. Tədbir Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın yekun çıxışı ilə sonlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir