YAP Gənclər Birliyinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Birliyin Zəfəri!” adlı tədbir keçirilib

YAP Gənclər Birliyinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Birliyin Zəfəri!” adlı tədbir keçirilib

Noyabrın 6-da YAP Gənclər Birliyinin və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunan “Birliyin Zəfəri!” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan gəncliyi tarixi Zəfərin qazanılmasında mühüm rol oynayıb. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd tarixi Qələbənin gənc nəslə aşılanması, onların vətənpərvərlik ruhunda maarifləndirilməsinə töhvə verməkdir.

Milli Məclisin deputatları Rauf Əliyev və Vüqar İskəndərov Vətən müharibəsində qazanılan tarixi Qələbənin əldə olunmasında gənclərin rolundan söhbət açıblar. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində formalaşan Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında böyük şücaət göstərərək Müzəffər Ali Baş Komandanın əmrlərini daim yerinə yetirməyə hazır olduqlarını nümayiş etdiriblər. Gənclər tarixi Qələbənin yaratdığı yeni reallıqları özlərinə böyük məsuliyyət bilərək ölkəmizin daha da inkişaf etməsinə çalışmalıdırlar.

Bədii hissə ilə davam edən tədbirdə Bakı Gənclər Mərkəzinin və Bakı Uşaq və Gənclər teatrının birgə əməkdaşlığı ilə ərsəyə gələn “Cənnətə bilet” tamaşası nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.