Yaradıcı Gənclər Festivalı-Rəssamlıq

Bakı Gənclər Mərkəzi “Yaradıcı Gənclər Festivalı” təqdim edir! Növbəti istiqamətimiz- Rəssamlıq

Yaradıcılığına güvənən hər bir gənc müsabiqəyə qoşula bilər. Bunun üçün 2 rəsm əsərinizi bakuyouthcenter@gmail.com ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 4 sentyabr 2020-ci il

İlk seçim mərhələsindən keçən gənclər, növbəti mərhələ olan “Free ART” müsabiqəsinə qoşulacaqlar. Seçilən gənclərə ixtiyari mövzu veriləcək və ən yaxşı 3 rəsm sahibi hədiyyə ilə mükafatlandırılacaq. Bütün iştirakçılar isə sertifikat ilə təltif ediləcək.

İstedadınıza və bacarığınıza güvənirsinizsə, vaxt itirmədən bizə müraciət edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir