Yeni Dövrün Yeni Könüllüləri 2 fevral – Gənclər Günü ilə əlaqədar birlikdə Fəxri xiyabanı ziyarət ediblər.

Yeni Dövrün Yeni Könüllüləri bir sıra gənclər təşkilatlarının nümayəndələri 2 fevral – Gənclər Günü ilə əlaqədar birlikdə Fəxri xiyabanı ziyarət ediblər. Qalib dövlətin gəncləri olaraq Ulu Öndərin məzarı önündə baş əyən gənclər öz həyatı boyu onlara diqqət və qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyevə öz dərin ehtiramlarını nümayiş etdiriblər.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər Vətən müharibəsində Azərbaycanın şanlı zəfər tarixini yazan şəhid qəhrəmanları ehtiram və hörmətlə yad ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir