“Yeni Dövrün Yeni Könüllüləri”- Məzun Günü

11 sentyabr tarixində Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Yeni Dövrün Yeni Könüllülərinin iştirakı ilə Böyükşor gölündə möhtəşəm “Məzun Günü”təşkil olundu.

Bir-birindən maraqlı və istedadlı gənclərimizlə müxtəlif oyunların, yarışların, fotosessiya və poeziya saatı ilə yekunlaşan gözəl gündə “Yeni Dövrün Yeni Könüllüləri” sertifikat və diplom ilə təltif edildilər.

Giriş sözü ilə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva gənclər ən xoş diləklərini bildirərək, onlara uğurlar arzuladı.

Daha sonra Yeni Dövrün Yeni Könüllüləri üçün təşkil olunan “Mavi” və “Sarı” komanda arasındakı oyunda maraqlı və əyləncəli vaxt keçirən gənclər 2-2 hesabı ilə oyunu yekunlaşdırdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir