Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin Zəfər gününə həsr olunmuş “Vətən Uğrunda” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilmişdir. 🤓
Yarışda 10 fərqli Gənclər Təşkilatların komandaları intellektual bilik və dünya görüşünü möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə keçirilən yarışda öz mübarizələrini aparmışdır. 😌😏🤯
Çətin və əzmkar eləcə də maraqlı keçən yarışın sonunda “BİR könüllü” təşkilatını təmsil edən komanda 1-ci yerin sahibi olmuşdur. AFFA könüllüləri və Azərbaycan Skaut Assosiasiyasını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerin sahibi olmuşdur. 🧐😍
Yarışda iştirak edən bütün komandalara təşəkkür edir, qalib komandaları təbrik edirik!🤩



























