Zəfər yolu – 44 günlük fəaliyyət planını təqdim edirik

Şanlı ordumuzun ermənilərin hücumlarına cavab olaraq başlatdığı Vətən müharibəsindən artıq iki il keçmişdir. Xalqımızın 30 illik həsrətinə məhz Müzəffər ordumuzun sayəsində 44 gündə son qoyuldu. 🇦🇿

Bu 44 günlük şanlı tarixi yaşatmaq, anmaq, gənclərimizin maarifləndirilməsi və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə Bakı Gənclər Mərkəzi tərəfindən bır sıra silsilə tədbirlər həyata keçiriləcəkdir. Tədbirləri sizinlə bölüşürük:

🇦🇿 Şəhid ailələrini ziyarət
🇦🇿 Şəhid məzarlarını ziyarət
🇦🇿 “İnformasiya müharibəsi” adlı marafon
🇦🇿 Hərbiçilərlə görüşlər
🇦🇿 “Əsgərə məktub” aksiyası
🇦🇿 Vətənpərvərlik film günləri
🇦🇿 İlkin hərbi təlimlər
🇦🇿 Hərbi yarışlar
🇦🇿 Vətənpərvərlik mövzusunda videoçarxların çəkilməsi
🇦🇿 Tamaşalar
🇦🇿 Dövlətçilik mövzusunda maarifləndirici təlim
🇦🇿 İntellektual oyunlar
🇦🇿 Şahmat turnirləri
🇦🇿 Multikulturalizm mövzusunda maarifləndirici təlim
🇦🇿 Rəsm sərgiləri
🇦🇿 Xeyriyyə yarmarkaları
🇦🇿 Ağacəkmə aksiyaları
🇦🇿 “Zəfər tarixi” mövzusunda dəyirmi masa
🇦🇿 “Can Qarabağ” adlı zəfər tədbiri

Hər bir gəncimizi tədbir və layihələrimizə, aksiya və təlimlərimizə qoşulmağa dəvət edirik 🇦🇿

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir